ABŞ Senatı borc tavanının artırılması ilə bağlı qanun layihəsini qəbul edib. Ыənədin lehinə 63 senator, əleyhinə 36 senator səs verib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü, mayın 31-də səs çoxluğu ilə qanun layihəsini təsdiqləyib. İndi sənəd imzalanması üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək.
Qanun layihəsi büdcə xərclərinin məhdudlaşdırılması müqabilində 2025-ci il yanvarın 1-dək ABŞ-ın 31.4 trilyon dollar məbləğində dövlət borcunun yuxarı həddini dayandırmağa imkan verir. Müvafiq razılıq cənab Bayden və Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti tərəfindən ABŞ Maliyyə Nazirliyinin iyunun 5-dək xərclərin ödənilməsi üçün ehtiyatların tükənəcəyi barədə xəbərdarlıq etməsindən sonra əldə olunub.






