12 C
Baku
Wednesday, December 11, 2024

İmran Xan 5.8 mln. dollarlıq kompensasiya iddiası irəli sürəcək

Pakistanın sabiq Baş naziri İmran xan 5.8 milyon dollar kompensasiya tələb etmək niyyətindədir.

Bu barədə İmran Xan “Twitter“də yazıb.

Xan qeyd edib ki, ona qarşı səsləndirilən böhtanlar, korrupsiya əməlləri və çirkli pulların yuyulması ilə bağlı qanunsuz həbs olunması ilə əlaqədar, nüfuzuna dəyən zərərə görə 15 milyard Pakistan rupisi (təqribən 5.8 milyon dollar) məbləğində kompensasiya iddiası irəli sürəcək.

İmran Xanın sözlərinə görə, niyyəti barədə Pakistan Milli Hesabat Bürosunun (National Accountability Bureau – NAB) rəhbərini xəbərdar edib və rəsmi bildiriş göndərib.

Xan vurğulayıb ki, onun həbsi ilə bağlı verilmiş order konstitusiyaya və ölkə qanunlarına zidd olaraq verilib.

Xatırladaq ki, sabiq Baş naziri İmran Xan rəhbərlik etdiyi ölkə hökuməti dövründə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210.6 milyon dollar) məbləğində pulun leqallaşdırılması üçün adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi rüşvət almaqda ittiham olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər