10 C
Baku
Wednesday, December 11, 2024

Volkswagen rəhbəri istefa verə bilər

Almaniyanın avtomobil şirkəti olan Volkswagen AG şirkətinin rəhbəri Martin Vinterkorn 22 sentyabr tarixində istefa verdiyini elan etmişdir. Bu haqda məlumatı isə alman resursu Der Tagesspiegel vermişdir. Sözügedən bu qərar isə ekoloji təhlükəsizlik testləri ilə bağlı saxta nəticələr fonunda yaranmış qalmaqaldan sonra verilmişdir.

Avtomobil şirkətinin mətbuat xidməti daha sonradan bu məlumatı təkzib etmişdir. Dünən, yəni 22 sentyabr tarixində ABŞ-ın ardınca Cənubi Koreya da alman avtomobil istehsalçısı ilə bağlı araşdırma aparmağa başladı.

Qqeyd edək ki, 21 sentyabr tarixində Volkswagen AG şirkətinin ABŞ-da dizelli mühərriklərə sahib avtomobillərin satışını dayandırdığı məlum oldu. Bunun ardınca şirkətin səhmləri dərhal ucuzlaşdı.

Volkswagen şirkəti ABŞ-da havanın təmizliyi ilə bağlı qanunun iki maddəsini pozduğuna görə hər satılan avtomobilə görə 37,5 min dollar cərimələnə bilər. Ümumilikdə isə cərimə 18 milyard dollar təşkil edə bilər.

Son xəbərlər
Digər xəbərlər