9 C
Baku
Friday, December 13, 2024

“Azərbaycan Dəmir Yolları”na məxsus şirkət gömrük qaydalarını pozub

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “Dəmiryolservis” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddasinə görə, üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə – inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Sabunçu Rayon Məhkəməsində Anar Rzayev hakim təyin edilib.

Xatırladaq ki, “Dəmiryolservis” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41.115 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər