2 C
Baku
Saturday, December 14, 2024

Blinken Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edəcək.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Blinkenin bu səfəri Körfəz ölkələri ilə ikitərəfli əməkdaşlıq və əlaqələri müzakirə etmək üçündür.

Sfər iyunun 6-da gerçəkləşəcək:

“Blinken iki ölkə arasında regional və qlobal məsələlər, o cümlədən iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olmaqla bir sıra ikitərəfli mövzular üzrə strateji əməkdaşlığı müzakirə etmək üçün yerli rəsmilərlə 6-8 iyun tarixlərində Səudiyyə Ərəbistanına səfər edəcək”.

İyunun 7-də Blinken Körfəz Əməkdaşlıq Şurasının region ölkələri ilə ABŞ arasında əməkdaşlığı müzakirə edəcək iclasında iştirak edəcək.

Dövlət Departamentinin məlumatına görə, ertəsi gün departament rəhbəri və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla görüşəcək.

Son xəbərlər
Digər xəbərlər