Səudiyyə Ərəbistanı neft qiymətlərini azalmasının qarşısını almaq yolunda onun tədarükünü 2024-cü ilə qədər məhdudlaşdırılmasına dair OPEC+ karteli ilə razılaşma əldə etdi və bununla da iyul ayında hasilatı ciddi şəkildə azaldır.
Bu da öz növbəsində neft fyuçerslərinin qiymətlərini 2% ətrafında bahalaşdırmış oldu.
Brent nefti 1.23% bahalaşaraq barreli 77.08 dollara yüksəldi. ABŞ xam nefti isə 1.37% ucuzlaşmaqla 72.72 dollara yüksəlib.
Dünyanın ən iri neft ixracatçısı S.Ərəbistanı may ayında gündəlik 10 milyon barelə qədər hasilatı iyul ayında gündəlik 9 milyon barelə qədər azaldacağını elan edib. Bu son illərdəki ən böyük azalmadır, eyni zamanda, tədarükün 2024-cü ilə qədər məhdudlaşdırılmasına dair daha geniş OPEC+ razılaşması da neft qiymətlərinə təkan verib.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz mətbuat konfransında neft bazarının “sabitliyə ehtiyacı” olduğunu bildirib.
Neft İxrac Edən Ölkələr Təşkilatını və Rusiyanın başçılıq etdiyi müttəfiqləri birləşdirən alyans OPEC+ dünya xammalının təxminən 40%-ni nəql edir, yəni onun siyasət qərarları neft qiymətlərinə böyük təsir göstərə bilir. Bu alyansda həmçinin Azərbaycan da var. Azərbaycan Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib, Energetika Nazirliyi bildirir.
Analitiklər düşünür ki, neft bazarında artıq real olaraq kəsirə meyllilik yaranıb. Brent fyuçersləri 2023-cü ilin 4-cü rübünə qədər Çində tələbin cüzi bərpası ilə belə, 85 dollar/barelə yüksələcəyi proqnoz edilir.