20 C
Baku
Friday, May 3, 2024

Mərkəzi Bankın Naxçıvan MR-dəki idarəsinə rəhbər bu şəxslə razılaşdırılaraq təyin ediləcək – Buna qədər Ali Məclisin sədri ilə razılaşdırılırdı

Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı idarəsinin rəhbərinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi təklif olunur.

Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi 22-ci ilin dekabrında təsis edilib. Bu vəzifədə hazırda Fuad Nəcəflidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər