1 C
Baku
Saturday, December 14, 2024

Avropa Komissiyası Ukraynadan taxıl idxalına qoyulan qadağanı uzadıb

Avropa Komissiyası (AK) Ukraynadan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl idxalına qoyulan qadağanın müddətini sentyabrın ortalarına qədər uzatmaq qərarına gəlib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Qadağa buğda, qarğıdalı, raps və günəbaxana şamil edilir. O, mayın 2-də Ukrayna ilə həmsərhəd ölkələrdən, o cümlədən Polşadan idxalı qadağan edən birtərəfli qərarları əvəz edərək tətbiq edilib.

Aprelin ortalarında Polşa Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub. Oxşar qərarı Aİ-nin daha dörd ölkəsi – Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya qəbul edib. Mayın 2-dən Avropa Komissiyası mayın 2-dən iyunun 5-dək Ukraynadan bu beş dövlətə taxıl ixracına qadağa qoyub.

Ukrayna hakimiyyəti ixrac qadağasını əvvəlki razılaşmaların pozulması adlandırır və Aİ-ni onu ləğv etməyə çağırır.

Son xəbərlər
Digər xəbərlər