14 C
Baku
Saturday, November 23, 2024

“Saudi Aramco” Asiya, ABŞ və Avropa üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.

Bu barədə “The Wall Street Journal” şirkətin məlumatlarına istinadən məlumat yayıb.

“Arab Light” markalı neftin qiyməti 0.45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2.55 ABŞ dolları yüksək olacaq. Şirkət, həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.

ABŞ və Şimal-Qərbi Avropa üçün “Saudi Aramco” tədarük etdiyi bütün növ neftin qiymətini 0.9 dollar artırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər