13 C
Baku
Saturday, November 23, 2024

Nazir: Büdcədən Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün ayrılan vəsaitin artıq 60 faizi istifadə olunub

“Böyük ehtiramla 100 illiyini qeyd etdiyimiz Ulu öndərin Qarabağa qayıdışla bağlı arzusu həyata keçirilməkdədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır: “Prezident İlham Əliyev bu missiyanın həyata keçməsi üçün Azərbaycan xalqını səfərbər edib. Bu missiya Böyük Qayıdış proqramının icra olunmasından ibarətdir. Bunun nəticəsində bu ərazilər də Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq. Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur, bu layihələrin bir qismi artıq başa çatdırılaraq istifadəyə verilib. 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsait bu ərazilərin bərpası üçün təsdiq olunmuşdu. Bu vəsaitin artıq 60%-i istifadə olunub”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər