Cari ildən sərbəst vəsaitlərin idarə olunması ilə bağlı bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2022-ci ildə sosial müdafiə sahəsinə ayrılan vəsaitin istifadə olunmamış hissəsinin təyinatı dəyişdirilib və işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına yönəldilib: “Bu da balanslaşdırma məqsədilə edilib. Cari ildən sərbəst vəsaitlərin idarə olunması ilə bağlı bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur”.