B. Britaniya sakinlərinə qeyd-şərtsiz hər ay $2000 verəcək

Yaxın vaxtlarda Böyük Britaniyada qeyd-şərtsiz baza gəlirin ödənilməsi ilə bağlı pilot proqram işə salınacaq. “LBC”nin bazar ertəsi verdiyi məlumata görə, London və Jarrouda yaşayan 30 nəfər ayda 1.6 min funt sterlinq (1.9 min dollar) alacaq.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

“Avtonomiya” analitik mərkəzinin iştirakı ilə keçiriləcək eksperimentin məqsədi heç bir şərt olmadan ödənişlərin insanların psixi və fiziki sağlamlığına təsirini qiymətləndirməkdir. “Qarşıda duran iqlim dəyişikliyi, texnoloji irəliləyişlər və sənaye keçidi kimi problemləri nəzərə alsaq, cəmiyyətimiz yaxın illərdə hansısa formada baza gəlirə ehtiyac duyacaq”, – “Autonomous”un bəyanatında deyilir.

“The Guardian” xatırladıb ki, bu, Böyük Britaniyada qeyd-şərtsiz baza gəlirin üstünlüklərini və mənfi cəhətlərini qiymətləndirən ilk pilot proqram deyil. Analoji təcrübə hazırda Uelsdə aparılır. Yerli hakimiyyət orqanları onun nəticələri barədə hələ məlumat verməyib.

Son xəbərlər
Digər xəbərlər