-1 C
Baku
Sunday, December 15, 2024

Sizin əməkdaşları nə motivasiya edir?

İşçi personalının effektivliyini necə artırmaq olar?

İstər xırda, istər də böyük biznes öz fəaliyyətini əməkdaşlarsız qura bilməz. Məhz əməkdaşlar sizin şirkətin əsas resursu və onun inkişafının əsas hərəkət verici qüvvəsidir. Sizin biznesin çiçəklənməsi də insan resurslarından nə dərəcədə səmərəli və effektiv istifadə olunmasından asılıdır.  

Bəs buna necə nail olmaq olar, hansı tədbirlərə əl atmaq vacibdir, əməkdaşları nə ilə motivasiya etmək lazımdır ki, onlar sizə maksimum gəlir gətirsin?

Personalın effektivlik səviyyəsi bir-başa olaraq sizin hansı motivasiya sistemini tətbiq etməyinizdən asılıdır.

Əməkdaşlarınız öz işlərinin nədən ibarət olduğunu tam aydın şəkildə dərk etdikdə, müəssisəyə və həmçinin də öz işlərinə etdikləri yatırımı, zəhmətlərini də anlayacaq, nəticəyə görə şəxsi məsuliyyət hiss edəcəklər. Onların yaradıcılıq azadlığı, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımı resurslar və birdə işin müvəffəqiyyətlə reallaşdığı təqdirdə həvəsləndirici motivasiya olduqda (heç də mütləq deyil ki, bu maddi motivasiya olsun), onda onlar daha yaxşı işləyir və özlərini işə həsr edirlər.

Motivasiya– bu müəyyən hədəfə nail olmaq üçün özünü və ya başqalarını fəaliyyətə yönəltmək, həvəsləndirmək  prosesidir.

Əlbəttə ki, işçilərin motivasiyasının sizdə olduğu qədər bir səviyyəyə çatması müşkül məsələdir. Yəni bunu gözləməyə dəyməz. Çünki sizin personalın və sizin biznesə yanaşma tərziniz və baxış bucaqlarınız fərqlidir, həmçinin onların hədəfləri də sizdən fərqlidir, lakin bu motivasiyanı kifayət qədər münasib bir səviyyəyə qaldırmaq mümkündür.

 Personalı nə motivasiya edir?

Praktika göstərir ki, əksər idarəedicilər personalın motivasiya problemini çox dar sərhədlər daxilində görür: «işçilərə nə qədər əmək haqqı vermək lazımdır ki, həm həddindən artıq pul ödəmiş olmayasan, həm də onlar yaxşı işləməkdə davam etsinlər və sizə sadiq olsunlar?»

Bu çox məhdud bir yanaşmadır, çünki o motivasiyanın ən aşağı səviyyəsinə aparıb çıxarılır, əksər hallarda isə bu kompaniya tərəfindən tətbiq edilən yeganə metod olur.

Hal-hazırda əməkhaqqı insanları keçmiş dövrlərdə olduğundan fərqli olaraq, daha az motivasiya edir. Çünki artıq həmin minimal səviyyə təmin olunub, sonra isə əməkhaqqı sadəcə damcı-damcı axır. Əksər işçilər belə fikirləşir: onsuz da mən gəlirimi az da ols, a artırmağın heç bir yolunu görmürəm, deməli işə elə də can yandırmağa dəyməz.

Maddi motivasiya ən sadə, ən effektiv, lakin eyni zamanda həm də ən qısamüddətlidir. Bir sıra hallarda sahibkarlar bizə belə sual verilər: yaxşı olmazdı ki, «bunu pul şəklində verək»? Sözsüz ki, bu daha asandır, lakin nəticə etibarı ilə bu sizə daha baha başa gələcək.

Belə bir postulat (müddəa)mövcuddur: Siz işçiyə nə qədər yüksək məvacib ödəsiniz də, o yalnız ilk dörd ay ərzində aldığı əməkhaqqının həqiqətən yüksək olduğunu hesab edir. Bu vaxt müddəti başa çatdıqdan sonra o gərçəkdən inanır ki, bu onun zəhmətinin əmək bazarında olan real qiymətidir və növbəti artımı gözləməyə başlayır.

Əgər sizin əməkdaşlar üçün yeganə motivasiya amili kimi pullardan istifadə olunarsa, onda əməkdaşlar haqlı olaraq belə artımları mütəmadi olaraq gözləməyə başlayacaq. Vaxt ötdükcə isə motivasiyanı lazımı həddə saxlamaq üçün həmin fasilə (yəni artımlar arası müddət) getdikcə daha da daralmağa, qısalmağa doğru gedəcək, bu isə sizin əməyin ödənməsi fondunda öz mənfi təsirini göstərəcək.

Bundan əlavə gec ya tez məvacib artırılması biznes sahibkarının gözlədiyi nəticəni verməməyə başlayacaq. Qazanılmamış, yəni haqq edilməyən yüksək əmək haqqı isə əksinə, yeni demotivasiya edici təsiri göstərir: onda yaxşı işləməyə nə ehtiyac var ki, əgər pis işləyərək də kifayət qədər yaxşı pul qazanırsan? Insan səmərəli çalışmağını dayandırır və istənilən vasitə ilə öz yerinə əldən buraxmamağa çalışır. Əksər hallarda isə bu məhz biznesin ziyanına olur.

İşə olan marağı necə saxlamaq olar?

Personalın səmərəli fəaliyyəti üçün, motivasiya ildə bir dəfə, əməkhaqqının artımından qabaq  peyda olmalı deyil, o, daima, hər gün hiss olunmalıdı. Bundan biz belə qənaətə gələ bilərik ki, motivasiya təkcə maddi ola bilməz.

Bəs puldan başqa daha nələr, motivasiya edici ola bilər?
Motivasiyanın tətbiq edilməsi üçün çoxsaylı yollar, üsullar, forma və yanaşmalar mövcuddur.

Lakin bunun əsas üç tərkib elementi vardır:

Maddi- maliyyə motivasiyası   (bu zaman şirkət əməkdaşa pul ödəyir, lakin əməkdaş öz mükafatını birbaşa pul şəklində almır). Bura maaşlar, bonuslar, sığorta və s adidir.

Bir başa satışlara təsir edən əməkdaşlar üçün, maliyyə motivasiyasının bonus hissəsi əməkhaqqının baza hissəsindən daha çox olmalıdır. Ən azından buna can atmaq lazımdır. Satıcı başa düşməlidir ki, əməkhaqqını ona işəgötürən deyil, məhz müştəri/alıcı ödəyir!

Maddi-qeyri maliyyə motivasiya (bu zaman şirkət öz maliyyəsini motivasiyaya yatırır, əməkdaş isə bunu «əlavə imtiyaz və ya seçim şəklində əldə edir»).

Məsələn, hədiyyə, kino və teatra biletlər, səfərlər və s.

Qeyri-maddi motivasiya: təşəkkür məktublar, göstərilən xidmətlərin ictimai şəkildə etiraf edilməsi və qiymətləndirilməsi, çevik iş qrafiki və s

Nə qədər qəribə olsa da, bizim bu bazar iqtisadiyyatı dünyasında insanlar üçün ən çox önəm daşıyan heç də pul motivasiyası deyil. Əməkdaşların 80%-ə yaxını bildirir ki, onlar üçün daha vacib olan, rəhbərliyin onların zəhmətinə dəyər verməsi, xidmətlərini qeyd etməsi, nailiyyətlərə və müvəffəqiyyətlə yerinə yetirilmiş tapşırıqlara görə onları tərifləməsidir.

Personalın effektivliyinin artırılmasının ən sadə üsulu –müvafiq əmək şəraitinin yaradılmasıdır ki, bu zaman əməkdaşların şəxsi tələbatları sizin biznesin çiçəklənmə məqsədləri ilə sıx şəkildə  uyğunlaşır.

Son xəbərlər
Digər xəbərlər