2 C
Baku
Saturday, December 14, 2024

Keçmiş “Bank Standard”ın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçiriblər

2016-cı ildə ləğv edilmiş “Bank Standard”ın əmanətçiləri iyunun 6-da Azərbaycan Mərkəzi Bankının qarşısında etiraz aksiyası keçiriblər. Onlar əmanətlərinin qaytarılmasını tələb ediblər.

Etirazçıların 30 min manatdan artıq depozitləri olub. O vaxt 30 mindən çox əmanətlər sığortalanmamış sayılırdı.

“2016-cı ildən bizə deyirlər ki, sizi siyahıya almışıq, növbənizi gözləyin. 7 il keçib, növbəmiz çatmayıbsa, nə vaxt çatacaq? O vaxt məmurlara faizsiz kreditlər veriblər deyə banklar batıb. Bəs bizim pulumuz necə olacaq? Öz əmanətini ala bilməyib ölənlər də var”, – aksiya iştirakçılarından biri deyib.

Etirazçıların nümayəndələri Mərkəzi Banka dəvət olunublar- deyə, mənbə Turan bildirir.

“Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti 2016-cı ilin sentyabrında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə lisenziyası ləğv edilib edilib.

“Bank Standard” ən böyük banklardan biri olub. Sığortalanmış əmanətləri (30 min manata qədər) olan əmanətçilərə vəsait qaytarılıb. Qalan kreditorlara bildirilib ki, vəsaitlər bankın aktivləri satıldıqdan sonra qaytarılacaq.

Son xəbərlər
Digər xəbərlər