Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2.2% təşkil edəcək. Bu isə Dünya Bankının 2023-cü ilin yanvar proqnozu ilə müqayisədə 0.6% azdır.
Banker.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib.
Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0.1% az, yəni 2.5%, 2025-ci ildə isə 2.6% artacağını müəyyən edib.