Azərbaycan İranın üzərindən sanksiyaların götürülməsindən mənfəət əldə edə bilər.
Azərbaycan sanksiyaların aradan qaldırılmasından sonra qonşu İranla ticarət əlaqələrini gücləndirə bilər.
Nüvə sövdələşməsi, o cümlədən, bu sövdələşmə ilə bağlı iqtisadi və maliyyə sanksiyalarının ləğvi Azərbaycana qonşu İranla xarici ticarət və investisiya sahəsində dönüş etmək imkanı yaradır.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunur.
Hesabata əsasən, bu yeni ticarət və investisiya imkanları nüvə sövdələşməsi hesabına yaranmış mənfi balans təsirlərini qismən də olsa kompensasiya edə bilər: “Çünki, əgər nüvə sövdələşməsi həyata keçirirlərsə, bu, İrana neft bazarına yenidən qayıtmağa imkan verəcək. Bu proses Azərbaycan neftinin qiymətinin aşağı düşməsinə və neftdən əldə etdiyi gəlirlərə mənfi təsir edəcək. Azərbaycan sanksiyaların aradan qaldırılmasından sonra qonşu İranla ticarət əlaqələrini gücləndirə və yatırılan investisiyalar hesabına mənfəət əldə edə bilər. 78 milyonluq əhalisi olan və 2014-cü ildə dünya üzrə ən yüksək ÜDM göstəricisinə görə 18-ci yerdə qərarlaşan İran Yaxın Şərq, MDB regionunda Rusiya və Səudiyyə Ərəbistanından sonra ən böyük iqtisadiyyata malik üçüncü ölkə olmaqla, nisbətən kiçik Azərbaycan iqtisadiyyatına mühüm ticarət və investisiya imkanları təklif edir”.