Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 1 milyon 242 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixracı olunub.
Bu, ötən ilin eyni dövrünə nisbətən 22.8 % çoxdur.
Təkcə mayda isə Azərbaycan Türkiyədən 258 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı idxal edib ki, bu da illik müqayisədə 71.8 % artım deməkdir.