7-8 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 39 ticarət müəssisəsi, o cümlədən 5 aptek və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | İsmayılova Məlahət Ağasəlim qızına məxsus şərab evi | Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 128A | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | “Bax Belə” market | Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi,
3014-cü məhəllə |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | “Tayqa Store 007” market | Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov küçəsi, ev 312 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 | “Tayqa” market | Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 19 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 | “Army” market | Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
6 | “Yağmur” market | Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 33 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | “Peynirçi Baba” mağazası | Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 90 | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
8 | “Euro” market | Xaçmaz şəhəri, R.Behbudov küçəsi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
9 | “Kaspi” market | Xaçmaz şəhəri, 20 Yanvar küçəsi | Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
10 | “Şirvan” market | Şamaxı şəhəri, H.Ş.Şirvani küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 | “Yaşıl” market | Şamaxı şəhəri, Azərbaycan küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | “Azay” market | Şamaxı rayonu, Sabir qəsəbəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbu |
13 | Alıyev Qələndar Ağamahmud oğluna məxsus market | Şamaxı rayonu, Sabir qəsəbəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbu |
14 | “Okean” market | Şamaxı şəhəri, 20 Yanvar küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | “Market Malları” mağazası | Biləsuvar şəhəri, H.Əliyev küçəsi | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri | |||
16 | “Dəyirman” restoranı | Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 17 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
17 | “Piano” hotelində restoran | Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3, ev 17 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
18 | “Star” restoranı | Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 8B | Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
19 | “İstanbul” restoranı | Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 86,
m. 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
20 | “Göyəzən” restoranı | Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 13D, 7-ci mkr | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
21 | “Günaydın” şadlıq sarayı | Xaçmaz rayonu,
Xaçmaz-Xudat yolu |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |