3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın suveren kredit reytinqi təsdiqləndi

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib.

Banker.az xəbər verir ki, bu barədə  “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.

“Sabit” proqnoz neft hasilatının proqnozlaşdırılan ortamüddətli azalmasına baxmayaraq, gələn il əlverişli karbohidrogen qiymətlərinin Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlı gözləntiləri əks etdirir.

Məlumatda bildirilib ki, Azərbaycan gözlədiyimizdən daha uzun müddət ərzində daha yüksək xarici profisit saxlayarsa, bu, xarici aktivlərin əhəmiyyətli dərəcədə əlavə yığılmasına səbəb olarsa, biz yüksəlişi nəzərdən keçirə bilərik. Hökumət bəzi struktur maneələri, o cümlədən iqtisadiyyatın və pul siyasətinin effektivliyinə dair məhdudiyyətləri aradan qaldırmaq üçün islahatlar keçirsə, reytinqlər də yüksələ bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər