24 C
Baku
Monday, September 30, 2024

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı aparıb

9 iyun 2023-cü il tarixində Nazir Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb.

Bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər