“Hazırda azərbaycanlılarla danışıqlar aparırıq”.
Hazırda biz Çindən yük axınlarını Mərkəzi Asiya, Azərbaycan və Gürcüstana istiqamətləndirmək üçün azərbaycanlılarla danışıqlar aparırıq. Bu logistika işə düşəndən sonra çoxlu pullar gələcək.
Ukraynanın Odessa vilayətinin başçısı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu barədə məlumatı “Novoe vremya” internet nəşrinə müsahibəsində deyib.
“Tras Avropa Birliyinə qapıdır. İlk öncə onu təmir etdirmək lazımdır, lakin biz eyni zamanda beynəlxalq kreditorlarla yol üçün güzəştli şərtlərlə layihə hazırlayırıq. Bizə Buxarest-Odessa avtobanı lazımdır”, – o qeyd edib.
Oxu.az