S&P: Azərbaycan daha çox yerli maliyyələşdirməyə keçməyi planlaşdırır

Azərbaycan tədricən xarici maliyyələşdirmədən daha çox yerli maliyyələşdirməyə keçməyi planlaşdırır.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında bildirilib.

S&P həmçinin əlavə edib ki, AqrarKredit-in zəmanətli borcu nəzərə alınmasa Azərbaycanın birbaşa dövlət borcu aşağıdır: “Hökumət Azərbaycan Beynəlxalq Bankını 2017-ci ildə bankı restrukturizasiya edib və borcunun bir hissəsini öz üzərinə götürüb. ABB-nin balans dəyəri təxminən 10 milyard manat olan problemli kreditlərini Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyələşdirilən dövlət bank olmayan kredit təşkilatı AqrarKredit-ə köçürüb. Mərkəzi bank tərəfindən AqrarKredit-ə verilən kreditlərə dövlət zəmanəti var. Beləliklə, biz AqrarKredit-in 9,5 milyard manatlıq dövlət zəmanəti ilə verilmiş kreditlərini ümumi dövlət borcuna daxil edirik. AqrarKredit-in zəmanətli borcunu nəzərə almasaq, Azərbaycanın birbaşa dövlət borcu aşağıdır və 2022-ci ilin sonunda ÜDM-in təxminən 11%-i səviyyəsində təxmin edilir. Bunun təxminən dörddə biri yerli valyutada ifadə edilmiş daxili borc, qalan hissəsi isə xarici valyuta ilə ifadə olunan borcdur”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər