20 C
Baku
Friday, May 10, 2024

ABŞ Ukraynaya yeni hərbi yardım paketləri təqdim edəcək

ABŞ yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketləri təqdim edəcək.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

Onun sözlərinə görə, Vaşinqton Kiyevi əks-hücum əməliyyatına başlamaq üçün lazım olan təchizatla təmin edəcək.

O, Ukraynanın konkret nələri əldə edəcəyini dəqiqləşdirməyib.

Ağ Evin sözçüsü əlavə edib ki, ABŞ Ukraynanın döyüş meydanında uğur qazanmasına diqqət yetirir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər