ABŞ Prezidenti Co Bayden Belarus hökumətinin bəzi üzvlərinə qarşı sanksiyaları daha bir il uzadıb.
Bu barədə Ağ Evin saytında məlumat verilib.
Məhdudiyyətlərin müddəti 2023-cü il iyunun 16-da başa çatırdı.
Baydenin imzaladığı yayımlanan bildirişdə deyilir ki, Belarus hökumətinin bəzi üzvlərinin və digərlərinin hərəkətləri və siyasəti, “Belarus rejiminin zərərli fəaliyyəti və uzun müddət davam edən sui-istifadə halları ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə qeyri-adi və müstəsna təhlükə yaratmağa davam edir”.
Qeyd olunub ki, bildiriş Konqresə təqdim edilməlidir.