“Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması məsələsində razılığa gəliblər, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır”.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
“Ümumi məsələlərdə (red-kommunikasiyaların açılması) qarşılıqlı anlaşma var, mövcud problemlər texniki xarakterlidir, hansı yükün hansı marşrutdan keçməsi ilə bağlıdır. Biz bütün yolların açılmasının tərəfdarıyıq”, – o deyib.