Bu gün Türkiyədə İsveç, Finlandiya və NATO nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.
Bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Müzakirələrdə Türkiyəni Prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.
Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib.
Finlandiya bu ilin aprelində Alyansa rəsmi üzv olub.
Türkiyə İsveçin üzvlüyünü hələ ki, təsdiqləməyib.