10 C
Baku
Wednesday, December 11, 2024

Audiovizual Şura 33-cü və 36-cı TV yayım kanallarının ayrılması üçün müsabiqə elan edib

Azərbaycan Respublikası Audiovizual Şurası “Media haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin (Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları) ayrılması üçün müsabiqə elan edib.

Bu barədə Şuradan xəbər verilib.

  1. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ərizə (ərizənin formasını mətnin aşağısındakı keçidlə yükləmək olar);
  2. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surəti;
  3. Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  4. Hüquqi şəxsin adı, hüquqi ünvanı və əlaqə vasitələri;
  5. Hüquqi şəxsin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
  6. Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surəti;
  7. Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) tərcümeyi-halı, yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri;
  8. Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizənin formasını mətnin aşağısındakı keçidlə yükləmək olar);
  9. Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin (şəxslərin) dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti;
  10. Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin (şəxslərin) nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  11. Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-halı, yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri; məhkumluğunun olub-olmaması barədə arayış;
  12. Hüquqi şəxsin idarəetmə orqanı rəhbərinin (direktor, icraçı direktor, baş direktor) vəzifəyə təyin olunması haqqında sənədin (qərar, əmr, sərəncam və s.) surəti;
  13. Hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) şəxsiyyət vəsiqəsinin surəti;
  14. Hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) tərcümeyi-halı, yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri;
  15. Hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizənin formasını mətnin aşağısındakı keçidlə yükləmək olar);
  16. Hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  17. Operatorun xidmət adı;
  18. Operatorun logotipi və ya emblemi (elektron versiyada – JPEG formatında);
  19. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş iqtisadi əsaslandırma (fəaliyyətin iqtisadi konsepsiyası, müsabiqəyə çıxarılmış radiotezlik resursundan istifadənin hədəfləri, fəaliyyət üçün nəzərdə tutulan ştat tərkibi haqqında məlumat və s);
  20. Müsabiqədə iştirak haqqının (50 manat) ödənilməsini təsdiq edən sənəd.

Qeydlər:

  • Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş lisenziya əsasında hazırda multipleks operatoru fəaliyyəti göstərən hüquqi şəxslər yuxarıda qeyd olunan sənəd siyahısından yalnız 1-ci, 19-cu  20-ci sıra sayı üzrə sənədləri təqdim etməlidirlər.
  • Müsabiqədə qalib olmuş hüquqi şəxs hazırda multipleks operatoru kimi fəaliyyət göstərmirsə “Media haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə uyğun olaraq multipleks operatoru lisenziyası əldə etmiş sayılır.
  • Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Sənədləri elektron formatda göndərmək üçün poçt ünvanı:[email protected]. Notarial təsdiq tələb olunan sənədlər Şuraya canlı olaraq təqdim edilməlidir.
  • Sənədlər Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında (Bakı şəhəri, AZ1138, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 315, otaq № 23) 19 iyun 2023-cü il tarixindən 02 avqust 2023-cü il tarixinədək iş günləri saat 10.00-dan 17.00-dək qəbul olunur.
  • Əlaqə telefonu: (012) 598-32-24
  • Müsabiqədə iştirak haqqının ödənilməsi üçün bank rekvizitləri:

Benefisiar (alan) bank

  • Adı: DÖVLƏT XƏZİNƏDARLIQ AGENTLİYİ
  • Kodu: 210005
  • VÖEN: 1401555071
  • Müxbir hesab: AZ41 NABZ 0136 0100 0000 0000 3944
  • S.W.I.F.T Bik.: CTREAZ22

Alan müştəri

  • Adı: AZƏRBAYCAN RESPUBLİKASI AUDİOVİZUAL ŞURASI
  • Hesab No.: AZ33 CTRE 0000 0000 0000 0405 8201
  • VÖEN: 1700232971

Təsnifat kodu:

  • 142 330 Sair daxilolmalar

Büdcə səviyyəsinin kodu: 7

Qeyd bölmsində: ARAŞ 1700232971 – müsabiqədə iştirak haqqı

MənbəApa
Son xəbərlər
Digər xəbərlər