“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri yaxın zamanlarda baş tutacaq”.
Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb.
Onun sözlərinə görə, səfərin tarixi hələ ki müzakirə edilməyib: “Türkiyə Prezidentinin dəvəti var. Putin və Ərdoğan səfərin yaxın zamanlarda olacağına dair razılaşıb, lakin konkret gün və tarix barədə hələ danışmamışıq”.