Azərbaycanda insan kapitalının gücləndirilməsinə nail olmaq üçün təhsilə daha çox və daha yaxşı investisiyaların qoyulması vacibdir.
Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə böyük iqtisadçısı Arvind Nair deyib.
O, əlavə edib ki, özəl sektorun məhsuldarlığının artırılmasına əlavə olaraq başqa bir vacib element insan kapitalıdır: “Bu gün bütün dünyada insan kapitalı uzunmüddətli artım üçün çox vacibdir. Biz öz hesabatımızda insan kapitalının gücləndirilməsinə nail olmaq üçün təhsilə daha çox və daha yaxşı investisiyaların qoyulmasını qeyd etmişik. Bizim araşdırmamız və gəldiyimiz nəticələr ölkənin sosial-iqtisadi inkişaf strategiyası və orada göstərilən artım modeli ilə hesablaşıb”.