1 C
Baku
Saturday, December 14, 2024

Balakən Konserv Zavodu Təftiş komissiyasının yeni sədri seçiləcək

15 iyul 2023-cü il saat 17.00-da Balakən şəhəri, R Səmədov küçəsi 20 nömrəli ünvan­da “Ə.A.Ansuxski adına Balakən Konserv Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə Cəmiyyətin sədrinin hesabatı, İllik maliyyə hesabatı və balansın təs­diqi, Maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiysının hesabatı, Təftiş komissiyasının yeni sədrinin və üzvlərinin seçilməsi, ASC-nin biznes mühitinin yaxşılaş­dırılması, investisiyaların təşviqi ilə bağlı mexanizmin müəyyən olunması və dividend­lərin əldə edilməsi üçün zəruri addımların atılması məqsədilə məsələlərin müzakirəsi və digər məsələlər daxildir.

Son xəbərlər
Digər xəbərlər