2023-cü ildə Hindistana Rusiya xam neft idxalının payı 2021-2022-ci illərin məlumatları ilə müqayisədə 10 dəfə artıb və 20%-ə çatdırıb. 2024-cü ilə qədər bu rəqəm 30%-ə qədər artacaq.
Bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) “Indian Oil” şirkətinin icraçı direktoru Vinod Kumar deyib.
“2021-2022-ci illərdə 2%-dən az olan Rusiya xam neft idxalının payı 2023-cü ildə 10 dəfə artaraq xam neft idxalı səbətində 20%-ə çatıb. Mən gözləyirəm ki, 2023-2024-cü illərdə bu, 30% olacaq”, Kumar bildirib.
Vinod Kumar qeyd edib ki, Hindistan qlobal enerji istehlakının 1/3-ni təşkil edir. Onun sözlərinə görə, gələcəkdə neft, qaz və benzinə tələbatın üç dəfə artacağı, xam neft idxalının da artacağı gözlənilir.