ABŞ 2023-cü ilin aprelində 374.4 mlrd. kubfut (təxminən 10.6 mlrd. kubmetr) mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edib.
ABŞ Energetika Nazirliyinin aylıq hesabatına əsasən, 2023-cü ilin aprel ayında ABŞ-ın LNG ixracı 2023-cü ilin mart ayı ilə müqayisədə 2.2%, 2022-ci ilin aprel ayı ilə müqayisədə isə 13.4% çox olub. Ümumilikdə hesabt dövründə ixraca 111 LNG tankeri göndərilib.
Eyni zamanda, Böyük Britaniya və Hollandiya tədarükün əsas istiqamətləri oldu, İtaliya isə 2022-ci ilin may ayından bəri ilk dəfə olaraq ABŞ LNG alıcılarının ilk beşliyinə daxil oldu.