13 C
Baku
Friday, November 22, 2024

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2022-ci ildə 65.44 mln. manat xalis mənfəət əldə edib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC  (ASCO) 2022-ci ili 65.44 mln. manat xalis mənfəət əldə edib, bu, 2021-ci ildən 26% çoxdur. Öncəki ildə onun xalis mənfəəti 51.79 mln. manat idi.

Banker.az xəbər verir ki, bu barədə ASCO-nun illik audit hesabatında bildirilir. Hesabatı “Böyük 4”lüyə daxil olan “E and Y” audit şirkəti aparıb.

ASCO 2022-ci ildə gəlirlərini illik müqayisədə 24% artırmaqla 570.07 mln. manata yüksəldib Satışın maya dəyəri 369.44 mln. manat təşkil edib və onun ümumi mənfəəti 200.63 mln. manat təşkil edib. 2021-ci ildə ümumi mənfəəti 153.06 mln. manat idi.

Dövlət şirkətinin ümumi və inzibati xərcləri illik müqayisədə 30% artımla 52.17 mln. manata yükəslib. “Digər” gəlirlər 32.83 mln. manat və bu qəbildən xərclər 70.17 mln. təşkil edib.

Bütün gəlirlər və xərclər fərqindən 65 mln. 441 min manat xalis mənfəət qalıb.

ASCO-nun bu mənfəətdən sonra bölüşdürülməmiş mənfəəti 604.54 mln. manat olub.

Dövlət şirkəti 2021-ci ildə dövlət büdcəsinə 5 mln, 2022-ci ildə isə 10 mln. manat dividend ödəyib.

 

32424242423 1

Son xəbərlər
Digər xəbərlər