Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri artırılıb.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Beləliklə, dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılıb.