1 C
Baku
Saturday, December 14, 2024

Məzuniyyətə çıxan işçiyə nə qədər pul ödənilməlidir?

Yay fəsli həm məzuniyyət, həm də istirahət mövsümdür. İtər dövlət, istərsə də özəl sektorda çalışanların əksəriyyəti məzuniyyətə yayda çıxmağa üstünlk verirlər.

Bəzi işçilər əmək məzuniyyətinin müddətinin az olmasından, bəziləri isə ödənişin düzgün hesablanmamasından narazıdır.

Qanunla əmək məzuniyyəti neçə gün olmalıdır?

Əmək Məcəlləsinə görə məzuniyyət minimum 21 gündür. Lakin vəzifəsindən asılı olaraq bəzi işçilərə 30 gün, eləcə də ümumi əmək stajına görə əlavə məzuniyyətlər verilir.

Misal üçün işçinin 5-10 illik stajı varsa, əlavə 2 gün, 10-15 il olarsa 4 gün, 15 ildən çox olarsa 6 gün əlavə məzuniyyət verilir. İşçi məzuniyyətə çıxarkən son 12 ayın qazancı toplanır. Həmin məbləğ 12 aya bölünür, toplam bir aylıq qazanc 30.4-ə bölünür.

Ətraflı ATV-nin videomaterialında izləyə bilərsiniz:

Son xəbərlər
Digər xəbərlər