Analitik Ekspertiza Mərkəzin strukturunda və iş prinsipində dəyişikliklər aparılacaq.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bununla bağlı hazırlıq işləri görülür:
“İdxal olunan dərmanların keyfiyyətinə nəzarət mexanizmi tətbiq olunmalıdır. Hər idxal partiyasının Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən yoxlanılması və bundan sonra ölkəyə daxil olmasına icazə verilməsi birmənalı olaraq nəzərdə tutulub”.