7 C
Baku
Thursday, December 12, 2024

Dövlət şirkətinin adı dəyişdirilib, nizamnamə kapitalı artırıldı

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Şəki Ses” MMC-nin adı “Şəki SES” MMC-yə dəyişdirilib.

Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı 4 dəfəyə yaxın artırılaraq 2 453 900 manata çatdırılıb.

Xatırladaq ki, “ASK Şəki SES” 2019-cu ildə yaradılıb. Şirkət vahid enerji sisteminə qoşularaq Şəki şəhərinin bir hissəsinin elektrik enerjisinə və suya olan tələbatını ödəyir.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər