Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər ixracı kəskin artıb.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may ayında Azərbaycandan 27 milyon 698 min dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
2022-ci ilin yanvar-may ayında ixrac olunmuş spirtli və spirtsiz içkilər və sirkənin dəyəri 4 milyon 699 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, ixrac 5.9 dəfə artıb.