Azərbaycanda beton istehsalçısı olan “Spark” MMC-nin baş icraçı direktoru dəyişib.
Banker.az xəbər verir ki, Tərlan Məmmədli Mahir oğlu “Spark” MMC-nin baş icraçı direktoru təyin edilib.
O bu vəzifədə Ağasəməd Əfəndiyev Veyis oğlunu əvəz edib.
Ağasəməd Əfəndiyev Vergilər Nazirliyinin sabiq əməkdaşıdır. Nazirin müşaviri kimi çalışıb.
Xatırladaq ki, “Spark” MMC 1997-ci ildə yaradılıb, 18.66 mln. manat nizamnamə kapitalı var.