“Helix” laboratoriya xidməti (“Helix Elmi-İstehsalat Firması” MMC, Peterburq) Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanda franşiza əsasında ilk diaqnostika mərkəzləri və təmassız laboratoriya məntəqələri açmaq istəyir.
Razılaşmalar çərçivəsində françayzilər şəbəkəni müəyyən ölkədə eksklüziv olaraq təmsil edə biləcəklər.
“Tərəfdaşın açacağı mərkəz və məntəqələrin sayı ölkədən asılı olaraq 30-100 arasında dəyişir. Əhalinin sayının çox olduğu ölkələrdə hədəf göstəriciləri yüksəkdir. Məsələn, Özbəkistanda 350-yə yaxın, Azərbaycanda 150, Qırğızıstanda isə 70 məntəqə açmağı planlaşdırırıq”, – deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.