Cey Li Morqan dövrünün ən zəngin və nüfuzlu əfsanəvi bankirlərindən biri idi. Həyatında çox şeyə nail ola bilmişdir. O, dünyanın ən iri bankının, bir neçə müəssisənin yaradıcısıdır, eləcə də Nikol Teslaya sponsorluq etmiş və çoxlu sayda incəsənət əsəri kolleksiyasına sahib olmuşdur.
Bir gün jurnalistlər Morqandan uğurun sirləri haqqında soruşdular. Bu suala cavab olaraq o, bildir ki, onun həyatda və biznesdə uğur əldə etməsinə kömək edən və özünün daima əməl etdiyi formula var. Bu formulanı isə o, belə açıqladı.
Bir gün onun yanına artıq kifayət qədər varlı biznesmen olduğu vaxtlarda bir insan gəlir və deyir: “Ser, bu zərfdə uğurun sirrinin nədən ibarət olduğu yazılıb və sizə bunu 2000 dollara satmağa hazıram”. Morqanı aldatmaq o qədər də asan deyildi, və o cavab verir: “Bu zərfdə nə olduğunu bilmirəm, amma siz mənə orda nə olduğunu göstərsəniz və bu həqiqətən də dəyərli bir şey olsa, onda söz verirəm ki, sizə istədiyiniz məbləği verəcəm.” Həmin insan razılaşdı və zərfi təqdim etdi. Morqan zərfi açdı, içindəki vərəqi oxudu… və iki min dollarlıq çek yazdı.
Uğurun sirri belədir:
1. Hər gün etməli olduğunuz işlərin siyahısını tərtib edin.
2. Və bunları edin.