19 C
Baku
Friday, September 20, 2024

“Bakı Ayaqqabı-2″nin mənfəəti 2 dəfədən çox azalıb

“Bakı Ayaqqabı-2” ASC 2022-ci ili 138.411 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 296.448 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə 2022-ci ildə “Bakı Ayaqqabı -2″nin xalis mənfəəti 2 dəfədən çox azalıb.

Banker.az bu barədə ASC-nin maliyyə vəziyyəti haqqında hesabata istinadən xəbər verir.

“Bakı Ayaqqabı -2” ASC əsasən əmlakının icarəsindən gəlir əldə edir. 2021-ci ildə icarə gəliri 381.641 manat ikən, 2022-ci ildə 339.468 manata düşüb (11% azalıb). Ötən il əmlakının yenidən qiymətləndirilməsi nəticəsində “Bakı Ayaqqabı -2″nin gəliri 2.2 dəfə azalaraq 102 min manat olub.

31 Dekabr 2022-ci il tarixində “Bakı Ayaqqabı – 2” ASC-nin cəmi aktivləri 2% artaraq 8 milyon 123 min manat təşkil edib. Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 10.384 manat, cəmi kapitalı isə  8 milyon 113 min manat olub.

2 5

Son xəbərlər
Digər xəbərlər