18 C
Baku
Wednesday, May 15, 2024

Ceyhun Bayramov: “Bu ilin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər”

“Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilin sonundan tez də mümkündür.

Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır: “Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, bu, mümkündür”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər