12 C
Baku
Friday, November 1, 2024

Azərbaycanda bankın bağlanması 134 işçinin ixtisar olunmasına səbəb olub

Hesabat ayında filial, şöbə və bank sektorunda çalışanların sayında azalma 1 bankın lisenziyasının geri çağırılması ilə bağlı olmuşdur.

Banker.az xəbər verir ki, may ayında bank əməkdaşlarının sayı 0.6% və ya 134 nəfər azalaraq 23.124 nəfər təşkil etmişdir.

Ötən ilin mayında bank işçilərinin sayı 21 379 nəfər olub ki, bu da illik müqayisədə 1 745 nəfər və ya 8.2% artım deməkdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

 

Son xəbərlər
Digər xəbərlər