9 C
Baku
Monday, December 23, 2024

BMW Rusiyada 37 mindən çox avtomobili geri çağıracaq

BMW Rusiyada 37 mindən çox avtomobili geri çağıracaq.

Səbəb təhlükəsizlik yastıqları ilə bağlı mümkün problemlərdir.

Bu barədə məlumatı alman avtomobil istehsalçısının Rusiya nümayəndəliyi yayıb.

Rosstandart qeyd edib ki, 2006-cı ilin noyabrından 2014-cü ilin iyununadək istehsal olunmuş BMW X5 və X6 avtomobilləri geri çağırılmalıdır.

“Sürücü və ön sərnişin hava yastığı şişiricisi sıradan çıxa bilər” deyə agentlik yazıb.

Onlar geri çağırılan bütün avtomobillərdə pulsuz dəyişdiriləcək.

Son xəbərlər
Digər xəbərlər