2 C
Baku
Saturday, December 14, 2024

Amerikanın ən bəxtəvər axmağı – biznesmen Timoti Dekster

Timoti Dekster savadsız “kəndçi”, uğurlu biznesmen və bir az əcaib insan idi.
O, 1747-ci il 22 yanvarda Massaçusets ştatının Madlen şəhərində dünyaya göz açmışdır. Əvvəlcə o fermer olaraq çalışırdı, daha sonra isə dabbaq yanında şagird olaraq işə düzəlir. 20 yaşı olanda o, indiyə qədər topladığı bütün ehtiyatı cibinə qoyur (cəmi 9 dollar) və inkişaf etmiş Nyuberiport şəhərinə yola düşür.  Burada o, 31 yaşlı dul qadın Elizabet Frotinqem ilə evlənir. 

Dekster özünün əla biznesmen kimi təqdim edir. Öz arvadının pullarını xərcləyərək, o elə bütün biznesmenlər kimi hərəkət edir və səhm alıb-satırdı. Hansı səhmlər almaq lazım olduğunu başa düşməyən Dekster sadəcə ucuz səhmləri alırdı. Onların qiyməti hansı yolla isə qalxır və Dektser mənfəəti özünə götürərək, onları satırdı.

Rəqibləri bu cahil biznesmeni ələ salır, kömək etmək adı ilə ona mənasız məsləhətlər verir və bu yolla onu gülüş obyektinə çevirir. Ticarətçilərdən biri Deksterə deyir ki, kolonizasiya prosesinin tam qaynar bir dövründə olan Vest-Hind adalarına tava, əlcək və Bibliya kitabları lazımdır. Bu adalarda bürkü olmasından qəti xəbəri olmayan Dekster bu məsləhətdən istifadə edərək 40 mindən artıq tava alır, 40 min cüt əlcək alır və 40 000 dənə də Bibliya kitabı alır və bütün bunları

Deksterin bəxti inanılmaz dərəcədə gətirir, çünki onun yükü Vest-Hind   adalarında çatanda orada yeni dini hərəkat canlanırdı və buna görə onun Bibliya kitabları 100%-lik mənfəətlə satılır.  Onun bəxti daha çox onda gətirir ki, bu sahillərə rus gəmiləri də yan alır. Ruslar öz agentlərinə əmr etdilər ki, dərhal son cütə qədər bütün əlcəkləri alsınlar. Tavalar isə hələ ki, anbarlarda işsiz gücsüz yığışıb qalmışdı. Sonra isə fermerlərdən birinin ağlına möhtəşəm ideya gəlir, o bildirir ki, bu tavalardan balıqları sisternə yığmaq üçün kəfgir əvəzinə istifadə etmək olar. Tavalar bu işdən ötrü ən ideal variant idi.  Beləliklə təxminən bütün tavalar satılır. Bu qəribə sövdələr Deksterə 150 milyon dollar gəlir gətirir. Bu da onu inanılmaz dərəcədə zəngin insana çevirir. Şəhərin digər ticarətçiləri Deksterin uğuruna həsəd aparırlar və onu iflas etmək istəyirlər, buna görə də onu inandırırlar ki, bütün sərvətini kömür sənayesinə yatırım etsin, daha sonra isə bu kömürü İngiltərəyə, Nyukasl şəhərinə göndərsin. Təcrübəsiz Dekster bilmir ki, Nyukasl şəhəri İngiltərənin kömür çıxartma sənayesinin mərkəzidir. Buna görə də o, 10-dan çox gəmini kirayə götürür, onları Virciniyanın yumşaq kömür ilə doldurur.

Amma bütün dünyanın gülüş obyektinə çevrilmək əvəzinə Deksterin bu dəfə də bəxti gətirir. Uzun zamandır ki, davam edən tətilə görə Nyukaslda neçə müddət idi ki, şaxtalar işləmirdi. Deksterin gəmisi Nyukasla çatdıqda onun kömürləri olduqca baha qiymətə satılır. Bu isə onu iki qat zəngin edir.

Yaş ötdükcə Dekster daha da səfeh və bir az da qəribə olur. Onun xanımı, Elizabet, daima bu axmaqlıqlarına görə onu danlayırdı. Arvadı ilə mübahisə etmək əvəzinə isə, Dekster özünü elə aparırdı ki, guya onun xanımı ölüb və onun gözünə görünən sadəcə kabuslardır.

Ziyarətçilər gələndə Dekster xanımını göstərib deyirdi: «Bu missis Dekster, bir zamanlar mənim həyat yoldaşım olmuş bir kabusdur».

Deksterin qəribəliyinin pik nöqtəsi onun çap etdirdiyi memuarlar ilə bağlıdır. Bu memuarların adı “Ağıllılar üçün cəfəngiyat və ya kobud libasda təmiz həqiqət” idi. Sanki bütün kitab,  başdan ayağa kimi bir-biri ilə əlaqəsi olmayan, mənasız kəlmələrdən yığılmış bir təklif idi, kitabda başdan axıra qədər bir dənə də olsun durğu işarəsi qoyulmamışdı. Dekster öz kitabını 1000 nüsxədə çap etməyi əmr edir. Onları bütün şəhərlərə paylayır. Kitabları çox sürətlə satılır. Daha sonra isə Dekster kitabın ikinci hissəsini çap etdirir və bu kitabda ancaq durğu işarələri olur. Kitabda oxucuya təklif olunur ki, bu durğu işarələrini əvvəlki kitabda yerinə yazsınlar.

Son xəbərlər
Digər xəbərlər