Azərbaycanda azsaylı regional klublardan biri “Sumqayıt” FK və ya hüquqi adı ilə “Sumqayıt Futbol Klubu” MMC 2022-ci ili üzrə gəlirləri azalıb.
Banker.az xəbər verir ki, bu barədə klubun illik maliyyə hesabatında qeyd edilir.
Hesabatda qeyd edilir ki, klub 2022-ci ildə 4 milyon 290.8 min manat cəmi gəlir əldə edib. Bu da illik müqayisədə 171.2 min manat və ya 4% azalmadır. Gəlirlərinin 2 mln 658.8 min manatı sponsor və reklamlardan daxil olub.
Klubun cəmi xərclərinin həcmi 7% azalaraq 4 mln. 143.4 min manat olub.
Beləliklə, klub 2022-ci il üzrə 103.5 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə gəlirlər xərcləri başa-baş tamamlamışdı və hətta maliyyə xərcləri də yaradığı təqdirdə öncəki ildə zərər etdiyini deməyə əsas vermək olar.
Klubun 402.4 mln. manat cəmi aktivi və 299 min manat cəmi öhdəlikləri var. Hesabatda cəmi kapitalı göstərilməsə də, klubun hesabladıqda (əgər bu hesabatda səhvlik yoxdursa) 103.4 min manat cəmi kapitalının olduğu ortaya çıxır. Nəzərə alsaq ki, klubun nizamnamə kapitalı 110 manatdır, o zaman klubun 100 min üzərində bölüşdürülməmiş mənfəət/ və kapital ehtiyatının olması anlamına gəlir.
“Sumqayıt Futbol Klubu” 2022-2023-cü il 10 klubdan ibarət Premier Liqada 36 oyuna cəmi 31 xal toplamaqla 7-ci yeri tutdu.
Xatırladaq ki, “Sumqayıt Futbol Klubu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 110 manatdır.