Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə Rusiya arasındakı ehtimal edilən danışıqlarda vasitəçi ola bilər.
Bunu Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov tviterdə yazıb.
O bildirib ki, “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı Rusiyadakı mövcud rejimin dağıdılmasının ilkin mərhələsidir.
O.Danilovun sözlərinə görə, “Vaqner”lə bağlı baş verənlər planın bir hissəsidir: “Vladimir Putinin yeganə yolu “Vaqner”in ləğvi, Yevgeni Priqojinin nümayişkarənə şəkildə cəzalandırılmasıdır”.
Şura sədri qeyd edib ki, mütləq qiyamın nəticələri olacaq.