6 C
Baku
Sunday, December 15, 2024

Daha bir bankın filialı bağlandı – Foto

Azərbaycanda məlum devalvasiya hadisəsinin bankların vəziyyətinə mənfi təsir göstərməsi hər kəsə bəllidir. “Qafqazinfo” xəbər verir ki, qərardan sonra banklarda maliyyə çatışmazlığı problem yaranıb. Buna görə də bir sıra banklarda kütləvi ixtisarlar aparılıb, bankların bir neçəsinin filialları bağlanıb. 

Daha bir bankın filialının bağlanması barədə redaksiyamıza məlumat daxil olub. Məlumata görə, “Bank Respublika” nın Astara filialı artıq bir neçə gündür ki, fəaliyyət göstərmir.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün bankın ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Bankdan filialın bağlanması xəbəri təsdiq edilib. Bildiriblər ki, bank oktyabr ayının birindən filialın bağlanmasına qərar verib.

12092707-986226681418836-157136837-n-1

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.