“Yevlax-Mərkəzi Bazar” ASC səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 14:00 təyin olunub.
Banker.az xəbər verir ki, Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır:
1. “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;
2. “Yevlax-Mərkəzi Bazar” ASC-nin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək;
3. “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsinin müddətini müəyyən etmək;
4. “Yevlax-Mərkəzi Bazar” ASC-nin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi. “Yevlax-Mərkəzi Bazar” ASC-nin İdarə Heyətinin sədri Əzizov Elnur Famil oğlu